Təcili Tibbi Yardım Mərkəzində 95 min manatlıq alış- veriş / Görün nə alınır
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi" publik hüquqi şəxsi müxtəlif növ geyim və inventarların satın alınması ilə bağlı "GİLL MED" QSC ilə müqavilə imzalayıb.
32gun.az xəbər verir ki, müqavilənin dəyəri 95.710,98 manat təşkil edir.
Alınacaq malların siyahısı belədir:
Sanitar geyimi – 101 ədəd
Döşək (200x90, 19 sm qalınlıqda) – 30 ədəd
Köynək (uzunqol, boz rəng, logo ilə) – 1.000 ədəd
Köynək (qısaqol, boz rəng, logo ilə) – 1.000 ədəd
Şalvar (yay üçün, tünd göy və boz rəng) – 1.000 ədəd
Şalvar (qış üçün, tünd göy və boz rəng) – 1.000 ədəd
Gödəkçə (üzərində “103 Təcili Tibbi Yardım” yazısı ilə) – 1.543 ədəd
Satınalma çərçivəsində təcili tibbi yardım əməkdaşlarının iş geyimləri yenilənəcək, həmçinin xəstəxana ehtiyacları üçün zəruri inventarlar təmin olunacaq.
Xatırladaq ki, Mirələm Cəlalov 2023-cu ildə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə direktor təyin olunub. O, daha əvvəl Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi olub.
Ayaz