ÖZ XƏBƏR

Azərbaycan Turizm və Menecment Universiteti mühafizə xidmətinə 66 min AZN ayırır

Azərbaycan Turizm və Menecment Universiteti mühafizə xidmətinin satın alınması üçün elan yayıb.

32gun.az-ın məlumatına görə, xidmətin ehtimal olunan qiyməti 66.056,40 AZN təşkil edir. Satınalma çərçivəsində universitetin giriş qapılarının mühafizəsi, professor-müəllim heyəti, tələbələr və qonaqların təhlükəsizliyinin təmin olunması, ərazinin perimetr boyu nəzarət və kənar şəxslərin girişinin qarşısının alınması nəzərdə tutulur. Xidmət müddəti üçün 6 nəfər mühafizəçi təyin olunacaq və xidmət 12 ay ərzində göstəriləcək.

Qeyd edək ki,Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətovdur.

Ayaz

Oxşar Xəbərlər