DÜNYA ÖZ XƏBƏR

Məscidə donuz başı atan şəxs 60 günlüyünə həbs edildi /Bu ölkədə

Adıgeyanın Taxtamukay rayon məhkəməsi 43 yaşlı kişini 60 gün müddətinə həbs edib. O, Kuzet kəndindəki məscidə donuz başı atmaqda şübhəli bilinir.

32gun.az xəbər verir ki, bu barədə Adıgeya məhkəmələrinin mətbuat xidməti öz Telegram-kanalında məlumat yayıb.

Şübhəli şəxs barəsində dini etiqad hisslərini təhqir etmə maddəsi ilə cinayət işi açılıb. O, ən azı 14 noyabr 2025-ci il tarixinə qədər həbsdə saxlanılacaq. Məlumata görə, hadisə ilə əlaqədar şəxs Anapa şəhərinin sakini olub və 15 sentyabrda tutulub.

Ayaz 

Oxşar Xəbərlər