ÖZ XƏBƏR
Naxçıvanda satınalma müqaviləsi: Şirkət iki dəfə ad dəyişibmiş
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi ilə “Linkline” MMC arasında avadanlıqların satın alınması üzrə müqavilə imzalanıb.
32gun.az-ın məlumatına görə, bağlanmış müqavilənin dəyəri 22.952,18 AZN məbləğindədir.
Şirkətin qanuni təmsilçisi Çinarə Əlizadə Elbrus qızı, nizamnamə kapitalı isə 20 manatdır.
Araşdırmalar zamanı məlum olub ki, hazırda “Linkline” adı ilə fəaliyyət göstərən MMC iki dəfə ad dəyişib.
Belə ki, şirkət 2020-ci il oktyabrın 30-da “Khan Supply and Trade” MMC kimi təsis edilib və həmin dövrdə qanuni təmsilçi Əliyev Əbdüləli Heydər oğlu olub. Daha sonra, 2022-ci il iyunun 10-da isə şirkətin adı dəyişdirilərək “Linkline” MMC kimi rəsmiləşdirilib.
Ayaz