ÖZ XƏBƏR
1,6 milyonluq tenderi udan şirkətin vergi borcu üzə çıxıb / Foto
“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında bərpa, tikinti və idarəetmə xidməti” Publik Hüquqi Şəxsi ilə “InvestAz” MMC arasında müqavilə imzalanıb.

32gun.az xəbər verir ki, bağlanmış müqavilənin dəyəri 1.625.040,08 AZN məbləğindədir. Anlaşma Xankəndi şəhərində yerləşən yaşayış və qeyri-yaşayış sahələrində cari təmir işlərini əhatə edir.

32gun.az-ın əldə etdiyi məlumata görə, qalib şirkətin dövlət büdcəsinə 40.701,7 AZN vergi borcu mövcuddur.
Araşdırmamız zamanı bəlli olub ki, Şirkətin tarixinə nəzər saldıqda məlum olur ki, 2007-ci il aprelin 5-də “Bəhrəmoğulları” MMC kimi təsis olunub. Daha sonra 2018-ci il aprelin 25-də adı dəyişdirilərək “InvestAz” MMC olaraq qeydiyyata alınıb. Hazırda şirkətin nizamnamə kapitalı 6 manatdır, qanuni təmsilçisi isə Elşən Qafarov Rəhmət oğludur.
Ayaz