Lüks həyatı, qalmaqalları ilə gündəm olan direktor 68 min AZN-i görün nəyə xərcləmək istəyirmiş
“Nərimanov Tibb Mərkəzi” Publik Hüquqi Şəxsinin yumşaq inventarların satın alınması ilə bağlı elan etdiyi tender ləğv olunub.
32gun.az-ın məlumatına görə, 68.532,00 AZN ehtimal olunan qiymətlə nəzərdə tutulan satınalma prosesi nəzarət orqanının qərarı ilə dayandırılıb. Ləğv protokolunda səbəb kimi “rəy bildirilməsi barədə” qeyd olunub.
Beləliklə, tender proseduru davam etdirilməyəcək.
Qeyd edək ki, Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovdur.
Xatırladaq ki, 2023-cü ildə yayılan məlumata əsasən, Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovun yaxın qohumlarını mərkəzdə müxtəlif vəzifələrə yerləşdirdiyi, hətta təcrübəsiz və tibbi təhsili olmayan şəxslərin belə işə götürüldüyü iddia olunurdu. Həmçinin, onun dəbdəbəli həyat tərzi sürməsi, bahalı avtomobil və mənzil alması, ailə üzvlərinin adına obyektlər açması kimi faktlar gündəmə gəlmişdi.

Məsələ ilə bağlı açıqlama almaq istəyən jurnalistlər isə Mərkəzin ictimaiyyətlə əlaqələr bölməsindən məhkəmə ilə hədələnmişdi.
Həmçinin, mediada gedən məlumatlara görə, Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov ötən il Adil Vilayət oğlu Məmmədzadə tərəfindən 400 min manatlıq borc qalmaqalı ilə bağlı məhkəməyə verilmişdi. Məsələ sonradan "başqa müstəvidə" həll olunub və Adil Məmmədzadə 2025-ci ildə Fazil Alməmmədovun müavini təyin edilib. Qeyd edək ki, Fazil Alməmmədovun ailə üzvlərinin də Tibb Mərkəzində vəzifə tutması ilə bağlı araşdırmalar yayılmışdı.
Ayaz