ÖZ XƏBƏR
Minatəmizləmə Agentliyinin dörd tenderi ləğv edilib - 5.3 milyon manatlıq
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən elan olunan bir neçə satınalma tenderi iştirakçıların azlığı səbəbindən ləğv olunub.
32gun.az xəbər verir ki, qanunvericiliyin tələbinə görə, açıq tenderlərin keçirilməsi üçün minimum üç təchizatçının iştirak etməsi vacibdir. Lakin təqdim olunan təkliflərin sayı üçdən az olduğu üçün dörd tender dayandırılıb.
Ləğv edilən tenderlər bunlardır:
-
Server otağı üçün monitorinq sistemi – ehtimal olunan qiymət 14.247,91 AZN;
-
Pikap-sərnişin tipli xüsusi təyinatlı nəqliyyat vasitələri – ehtimal olunan qiymət 1.301.500,00 AZN;
-
Minaaxtaran itlərin daşınması üçün pikap tipli nəqliyyat vasitələri – ehtimal olunan qiymət 1.702.000,00 AZN;
-
Pikap tipli xüsusi təyinatlı tibbi yardım nəqliyyat vasitələri – ehtimal olunan qiymət 2.360.000,00 AZN.
Ümumilikdə, ləğv edilən tenderlərin dəyəri 5.377.747,91 AZN təşkil edir.
Ayaz