DÜNYA ÖZ XƏBƏR

Avropa İttifaqı İsrailə maliyyə dəstəyini dayandırdı

Avropa İttifaqı İsrailin Qəzza zolağında əməliyyatları genişləndirməsi səbəbindən bu ölkəyə maliyyə dəstək proqramlarını dayandırıb.

32gun.az The Guardian-a istinadən yazır ki, İstisna yalnız vətəndaş cəmiyyətini dəstəkləyən layihələrə şamil olunub.

Avropa Komissiyası həmçinin Aİ ölkələrinə İsraillə azad ticarət sazişinin fəaliyyətini dondurmağı və iki nazirlərə – milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Betsalel Smotriçə qarşı şəxsi sanksiyalar tətbiq etməyi tövsiyə edib. Onlar İordan çayının Qərb sahilində fələstinlilərə qarşı sərt tədbirlərdə məsuliyyət daşıyan fiqurlar kimi göstərilir.

Bildirilib ki, Avropa Komissiyasının atdığı addımlar kifayət qədər yumşaq xarakter daşıyır. Bu isə İsrailin əsas tərəfdaşlarından olan Almaniyanın müqaviməti ilə əlaqələndirilir.

Xatırladaq ki, sentyabrın 16-da İsrail Müdafiə Ordusu (“ÇAXAL”) Qəzza şəhərində “Gideonun Arabaları II” əməliyyatı çərçivəsində genişmiqyaslı quru hücumuna başlayıb. Həmin gün Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas İsraildən əməliyyatı dayandırmağı tələb edib və xəbərdarlıq edib ki, əks halda “ağır nəticələr” olacaq.

Ayaz

Oxşar Xəbərlər