ABŞ-ın Utah ştatında bir kişi 13 yaşlı qıza qarşı seksual zorakılıqda ittiham olunaraq məhkəmədə günahkar bilinib.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Hadisə 2015-ci ildə baş verib, lakin şübhəli yalnız indi məhkəməyə çıxarılıb.
Məlumata görə, qız 2016-cı ildə xəstəxanaya müraciət edərkən hamilə olduğunu öyrənib; o, artıq 29 həftəlik hamilə idi. Polisə verdiyi ifadəsində qız bildirib ki, Sudan əsilli qaçqın olan kişi onu bir neçə dəfə cinsi əlaqəyə məcbur edib.
Bir dəfə şübhəli ona içki verib, qız içkini içdikdən sonra yuxuya gedib və bir müddət sonra paltarları olmadan oyanıb.
Polis qurbanın təsviri və əldə edilmiş DNA nümunəsi əsasında şübhəlini müəyyən edib. Analiz nəticəsində məlum olub ki, məhz bu kişi qızın uşağının atasıdır.
Məhkəmə sentyabrın ortasında hökm çıxaracaq və kişiyə 25 ilədək həbs cəzası verilə bilər.
Ayaz