HADİSƏ

Bakıdakı bu yanğınla bağlı NAZİRLİK DAHA BİR MƏLUMAT YAYDI - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsində yerləşən evdə baş vermiş yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

"32gun.az" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

***

Bakıda ev yanır.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsində yerləşən evdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

Oxşar Xəbərlər