ÖZ XƏBƏR
Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzinə 4 milyonluq yeni tibbi avadanlıqlar alınacaq
"Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi" Publik Hüquqi Şəxsi tibbi xidmətlərin keyfiyyətini artırmaq məqsədilə digital rentgen və flüoroqrafiya avadanlıqlarının satın alınması üçün tender elan edib.
32gun.az xəbər verir ki, Satınalmanın ehtimal olunan dəyəri 4 milyon 42 min 814,17 manat təşkil edir.
Müqaviləyə əsasən, 7 ədəd digital rentgen sistemi və 7 ədəd flüoroqrafiya avadanlığı alınacaq. Təqdim ediləcək cihazların yüksək texniki göstəricilərə malik olması, o cümlədən avtomatik izləmə, aşağı doza texnologiyası, müasir radioloji proqram təminatı və təhlükəsizlik sistemləri ilə təchiz olunması tələb olunur.
Ayaz