ÖZ XƏBƏR

İcra başçısı Zakir Fərəcovun vəzifə verdiyi Seymur Məmmədovdan 85 min manatlıq alış-veriş - izolent, plafon, Led lampalar və.s

 Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində fəaliyyət göstərən “Sumqayıt Bulvar” MMC ərazidə işıqlandırma sistemlərinin təmiri üçün satınalma elan edib.

32gun.az xəbər verir ki, işlərin ümumi dəyəri 85.547,17 AZN olaraq nəzərdə tutulur.

Satınalma siyahısında kabel üçün yığıcı kəmər, avtomat açar (10 A, 1 faza), paylayıcı qutular, izolent, plafon, müxtəlif gücdə Led lampalar və projektorlar, həmçinin stabilləşdirici iqnitor və drosserlər yer alır.

Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, “Sumqayıt Bulvar” MMC-nin baş direktoru isə Seymur Məmmədovdur.

Ayaz

Oxşar Xəbərlər