ÖZ XƏBƏR

Siyəzən Rayon Mərkəzi Xəstəxanası üçün 59 min manatlıq satınalma

“Siyəzən Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi sərnişin-yük liftinin alınması və quraşdırılması üçün satınalma elan edib.

32gun.az xəbər verir ki, layihənin ehtimal olunan dəyəri 58.882 AZN təşkil edir.

Satınalma çərçivəsində aşağıdakı işlər həyata keçiriləcək:

Mövcud sərnişin liftinin sökülməsi. Lift 10 nəfərlik, 3 mərtəbəli, yükqaldırma qabiliyyəti 1000 kq, sürəti 1,0 m/s təşkil edir.

Yeni liftin alınması, əraziyə çatdırılması və quraşdırılması. Yeni liftin kabinası mərmər döşəmə, güzgülü tavan, əl tutacağı və yanğın zamanı avtomatik işə düşən təhlükəsizlik sistemi ilə təchiz olunacaq. Ventilyator sistemi kabinanın içərisində soyuq hava təmin edəcək. Lift mərtəbədəki çağırışları qəbul edəcək və proqramla idarə olunacaq.

Mövcud lift şaxtasında dəmirbəndin quraşdırılması və sökülməsi.

Yeni liftin mövcud şaxtaya quraşdırılması.

Yeni lift üçün zəruri sənədlərin hazırlanması və Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Agentliyinin rəyinin alınması.

Ayaz

Oxşar Xəbərlər