ÖZ XƏBƏR
Nərimanov Rayon MKTB-yə 225 min AZN-ə görün nə alınır
Nərimanov Rayon İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Mənzil Kommunal Təsərrüfat Birliyi” (MKTB) ehtiyac duyulan malların satınalması üzrə müsabiqə elan edib.
32gun.az-ın məlumatına görə, satınalmanın ehtimal olunan qiyməti 224.774,01 AZN təşkil edir.
Satınalmada sabun təsərafatı, kərmək həyət üçün, bel sapı, dırmıx, 10 litrlik vedrələr, ixtisaslaşdırılmış araba, bel ucu iti, bel çalov kiçik, pereferator, çiyindən asılan otbiçən, ağac kəsən mişar, kompressor, bağ qayçısı və digər təsərrüfat malları nəzərdə tutulub.
Qeyd edək ki, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayevdir. Nərimanov rayon “Mənzil Kommunal Təsərrüfat Birliyi” (MKTB) rəisi Manafov Manaf Malik oğludur.
Ayaz