HADİSƏ

Lənkəranda qəzada ölən bacı-qardaşın - FOTOSU

Xəbər verdiyimiz kimi,  bu gün Lənkəran rayonunda avtomobil məktəbə gedən bacı-qardaşı vuraraq öldürüb.

"Unikal" qəza nəticəsində həyatını itirən Ramid Əliyev və Gülay Əlizadənin fotosunu əldə edib.

***10:00

Lənkəran rayonunda avtomobil məktəbə gedən bacı-qardaşı vuraraq öldürüb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Şovu kəndində qeydə alınıb.

"Mercedes" markalı avtomobil məktəbə gedən Gülay Əlizadə və onun qardaşı Ramid Əliyevi vurub.

Onların hər ikisi ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb.

Meyitlər aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər