SOSIAL ÖZ XƏBƏR

"AZƏRPOÇT"a Pikap avtomobili alınacaq – 177 min AZN-lik

AZƏRPOÇT MMC pikap tipli avtomobillərin satınalması üzrə elan etdiyi tenderin qalibi müəyyənləşib.

32gun.az xəbər verir ki, qalib şirkət "ALFA MOTORS COMPANY" MMC olub.

 4 ədəd pikap avtomobil üçün təklifin qiyməti 177.000 AZN təşkil edir.

Şirkətin nizamnamə kapitalı 20 manatdır, qanuni təmsilçisi Mehdi Xalıqov Pərvaz oğludur. Müqavilənin bağlanması gözlənilir.

Xatırladaq ki, "Azərpoçt" MMC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İsi Mustafayevdir. 

Ayxan 

Oxşar Xəbərlər