ÖZ XƏBƏR
Şağanda futbol meydançasının təmiri üçün müqavilə / 1.3 milyonluq
Gənclər və İdman Nazirliyinin tabeliyindəki “AZƏRİDMANSERVİS” MMC Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən idman kompleksinin futbol meydançasının örtüyünün təmir işlərinin satınalınması ilə bağlı tenderin qalibini açıqlayıb.
32gun.az xəbər verir ki, tenderin qalibi "AZİN CONSTRUCTION" MMC olub və tərəflər arasında 1.383.352,98 AZN məbləğində müqavilə imzalanıb.
Məlumat üçün bildirək ki, qalib şirkətin nizamnamə kapitalı 50 manat, qanuni təmsilçisi isə Orxan Orucov Alxan oğludur.
Ayaz