ÖZ XƏBƏR
“Multi Group Security Systems”ə maliyyə sanksiyası tətbiq olundu
“Multi Group Security Systems” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində operativ vergi nəzarəti tədbiri həyata keçirilib.
32gun.az-ın əldə etdiyi məlumata görə, Vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı və boşaldıldığı yerə baxış keçirilməsi ilə bağlı tərtib olunmuş akt əsasında şirkətə 534,28 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Bəxtiyar Rzayev Rza oğludur.
Ayaz