SOSIAL ÖZ XƏBƏR

Marka.az müştərisini narazı salıb - Sifariş gecikib və keyfiyyətsiz çatdırılıb

Müştəri Afet Əliyeva Marka.az çap şirkətinə olan narazılığını bildirib.

32gun.az xəbər verir ki, O, bir aydan artıq vaxt əvvəl bir şirkət üçün 100 ədəd paket və 100 ədəd vizit kart sifariş etdiyini və bunun üçün təxminən 500 manat ödədiyini qeyd edib.

Müştərinin sözlərinə görə, şirkət sifarişin 5-10 gün ərzində hazır olacağını bildirsə də, bu günə qədər məhsullar tam şəkildə təhvil verilməyib.

Əlavə olaraq, Afet Əliyeva sifarişin keyfiyyəti ilə bağlı ciddi problemlər yaşadığını bildirir:

Çıxıntılı, ikiqat baskılı premium paket əvəzinə sadə, adi baskılı paket göndərilib;

Paketlərdə premium ip qulplar əvəzinə əvvəl lent qoyulub, sonra ip əlavə edilib və nəticədə qüsurlar yaranıb;

Vizit kartlar məxməri material əvəzinə adi kağızdan hazırlanıb;

Vizit kartlarda Azərbaycan və İtaliya bayraqları əvəzinə yalnız xəttlərlə təsvir edilib.

Müştəri həmçinin qeyd edib ki, telefon zənglərinə cavab verilməyib və şirkətdən heç bir açıqlama alınmayıb.

Afet Əliyeva xəbərdarlıq edir: “Mən aldandım, siz aldanmayın. Sifariş həm gecikib, həm də tamamilə keyfiyyətsiz yerinə yetirilib. Müştəriyə hörmət belə olmur.”

Ayaz 

Oxşar Xəbərlər