Boris Avakyanın intihar etdiyi yerdən - FOTOLAR
Xəbər verdiyimiz kimi, "Dağlıq Qarabağ" seperatçı rejimin "lideri" Arayik Harutyunyanın "eks-müşaviri", Sankt-Peterburqda Regional Rosreestr və Rosimuşçestvo idarələrinin sabiq rəsmisi Boris Avakyan Ermənistan konsulluğunda ölü tapılıb.
"Unikal" xəbər verir ki, Rusiya teleqram kanallarında Boris Avakyanın intihar etdiyini yazıb. Həmçinin, yayımlanan fotolarda da sanitar qovşaqda həyatına qəsd edən Avakyanın meyitinin yanında mətbəx bıçağı aşkarlanıb.
Məlumata görə, 4,2 milyard rubl vergidən yayınma işi üzrə təqsirləndirilən Boris Avakyan ibtidai istintaq zamanı məhkəmədən qaçaraq Vasilyevski adasındakı Ermənistan konsulluğunda gizlənib. O, sanitar qovşağa girib, qapını kilidləyib və uzun müddət orada qalıb. Bundan sonra konsulluq əməkdaşları Fövqəladə Hallar Nazirliyinə zəng vurub.
Qapını açandan sonra keçmiş məmurun qanlı meyitini aşkar ediblər.


***10:20
Sankt-Peterburqda Regional Rosreestr və Rosimuşçestvo idarələrinin sabiq rəsmisi Boris Avakyan Ermənistan konsulluğunda ölü tapılıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın "Shot" teleqram kanalı məlumat dərc edib.
"Qaçaq keçmiş məmur Boris Avakyan Ermənistanın Sankt-Peterburqdakı konsulluğunun binasında ölü tapılıb”, - məlumatda deyilir.
Bildirilir ki, o, məhkəmədən qaçıb və diplomatik missiyanın binasında gizlənib.
"Avakyan sanitar qovşaqda huşsuz vəziyyətdə tapılıb. Hadisə yerinə təcili yardım çağırılıb, lakin həkimlər yalnız "Rosreestr"in keçmiş rəsmisinin ölümünü təsdiqləyiblər. Onun intihar etdiyi bildirilir", - kanal yazıb.
Qeyd edək ki, Boris Avakyan Ermənistanda müxtəlif vəzifələr tutub, o cümlədən ləğv edilmiş "Dağlıq Qarabağ" seperatçı rejimin "lideri" Arayik Harutyunyanın (2020-2023) müşaviri olub (2021-ci il - red.).
***09:51
Kronştadt Rayon Məhkəməsi Sankt-Peterburqda Regional Rosreestr və Rosimuşçestvo idarələrinin sabiq rəsmisi Boris Avakyanı axtarışa verib.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, o, gömrük ödənişlərindən yayınma işində təqsirləndirilir.
Məlumata görə, Avakyan məhkəmə zalından qaçaraq hazırda Vasilyevski adasında yerləşən Ermənistan konsulluğunda gizlənir.
Bildirilir ki, prokurorluq onun ekstradisiyasını tələb edir.
Avakyan və daha 20 nəfər barəsində işə 2024-cü ilin aprelindən baxılır. Həmin ilin avqust ayında o, Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamış, işi dayandırılmış və həbsdən azad edilmişdi. Lakin müqavilənin ləğvi və onun xüsusi hərbi əməliyyata göndərilməkdən yayınması səbəbilə iş yenidən bərpa olunub. Məhkəmə iclasında işin bərpası və barəsində həbs qətimkan tədbiri seçilməsi qərara alınıb. Hakimlər müşavirəyə gedən zaman isə Avaqyan məhkəmə binasından çıxaraq qaçıb.