ÖZ XƏBƏR

Slovakiya XİN rəhbəri: Ukrayna danışıqları Donald Tramp olmadan başlaya bilməzdi

ABŞ Prezidenti Donald Tramp olmasaydı, Ukrayna böhranı üzrə danışıqlar heç vaxt başlaya bilməzdi, çünki Avropa İttifaqı (Aİ) heç bir təşəbbüs göstərməyib.

32gun.az xəbər verir ki, bu barədə BMT Baş Assambleyasında (BA) Rusiya Xarici İşlər Naziri Sergey Lavrov ilə görüşdən sonra Slovakiya Xarici İşlər Naziri Yuray Blanar bildirib.

Diplomatın sözlərinə görə, Rusiya-Ukrayna konflikti hərbi yolla həll edilə bilməz və buna görə də diplomatik səylərə müraciət etmək lazımdır.

"Əgər Tramp olmasaydı, sülh danışıqları heç vaxt başlamazdı" — deyə Blanar vurğulayıb.

O əlavə edib ki, Aİ sülh ideyası əsasında formalaşıb. Lakin Ukrayna ərazisindəki münaqişə zamanı Avropa ölkələri heç bir addım atmayıb.

Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya tərəfi Ukrayna böhranı prosesini sülh yoluna yönəltmək üçün Donald Trampa minnətdardır. Peskovun sözlərinə görə, Avropanın “müharibə tərəfdarı” mövqeyi kəskin bəyanatlarla xarakterizə olunur və bu, həm Rusiya Prezidenti Vladimir Putin, həm də ABŞ Prezidenti Donald Trampın yanaşmaları ilə kəskin şəkildə fərqlənir.

Ayaz 

Oxşar Xəbərlər