DÜNYA

Medvedevin qohumunun dəbdəbəli avtomobilləri sərhəddə saxlanıldı - FOTOLAR (YENİLƏNİB)

Vinnitsa vilayətində Dövlət İstintaq Bürosu Mogilev-Podolski-Otaç keçid məntəqəsində (Moldova ilə sərhəddə) üç dəbdəbəli Rolls-Royce saxlayıb.

32gun.az xəbər verir ki, bu barədə Mind nəşrinə məlumat verilib:

"Avtomobillər Ukraynadan çıxarılmağa cəhd edilib, lakin hazırda onların yola salınması qadağan edilib".

GBR-nin məlumatına görə, avtomobillər “Qulliver”in sahibi, eləcə də Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyevlə qohumluq əlaqəsi olan “Eldorado” və “Texnopolis” məişət texnikası mağazalar şəbəkəsi Viktor Polişçukun istifadəsindədir.

Nurlan Şiraliyev

*** 14:10

Sanksiyaya məruz qalan rusiyanın keçmiş prezidenti Dmitri Medvedyevlə əlaqəsi olan avtomobillər sərhəddə saxlanılıb.

32gun.az Ukrayna mətbuatına istinadən  həmin saxlanılan avtomobilləri və  saxlanıldığı məntəqələri təqdim edir. 

▪️DBR "Mogilev-Podolsky - Otach" keçid məntəqəsində iki avtomobil saxlayıb: "Rolls-Royce Phantom" (15 milyon qrivna dəyərində) və "Rolce-Royce Cullinan" (19 milyon qrivna dəyərində). Maşınlar əslində “Qulliver” ticarət və əyləncə mərkəzinin, “Texnopolis” və “Eldorado” ticarət şəbəkələrinin sahibi Viktor Polişçuka məxsusdur.

▪️Polişçukun rusiyalı siyasətçi və oliqarx Dmitri Medvedevlə yaxın qohumluq əlaqələri var. Belə bir fərziyyə var ki, Medvedyev məhz Polişçuk vasitəsilə Ukraynadan əmlakını çıxarmağa çalışır.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər