Bildiyiniz kimi, Foto Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Baş Assambleyanın 80-ci sessiyası çərçivəsində keçirilən yüksək səviyyəli müzakirələrdə iştirak edərkən çəkilib.
Cənab Ali Baş Komandan İlham Əliyevin əlini Mehriban xanım Əliyevanın əlinin üzərinə qoyması görüntüsü istər sosial şəbəkələrdə, istərsə də xəbər portallarında yayıldı.
Bu foto qısa zamanda böyük marağa səbəb oldu.
Çünki bu görüntü onların arasındakı münasibətin və qarşılıqlı dəstəyin vizual ifadəsidir. Bu jest, dövlət tədbirinin rəsmi protokoluna baxmayaraq, şəxsi bağlarının gücünün vacibliyini vurğulayır. Əliyev ailəsi ictimaiyyətdə tez-tez ailə birliyinin və tərəfdaşlığın nümunəsi kimi qiymətləndirilir.
“Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva – dövlətçilikdə gücün, ailədə isə sevgi və dəstəyin təcəssümüdü. Əlinin üzərinə qoyulan əl həm hörmətin və dəstəyin simvoludur, həm də məğrur xanıma olan dərin sevginin ifadəsidir.”
Aygün İlqarqızı
