ÖZ XƏBƏR

FHN bu şirkətə 3,6 milyon manatlıq müqavilə bağlaya bilər

 Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsi Dövlət Yanğından Mühafizə Xidmətinin 4 çıxışlı Füzuli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasının tikintisi üçün keçirilən tenderin nəticələrini açıqlayıb.

32gun.az xəbər verir ki, qalib “FİM Group” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və şirkətlə 3.595.607,64 manat dəyərində müqavilə bağlanacağı gözlənilir.

 “FİM Group” MMC 25 iyul 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsi 4, mənzil 20-də yerləşir. Şirkətin qanuni təmsilçisi Əhmədzadə Fuad Əlisoltan oğludur.

Qeyd edək ki, “FİM Group” MMC-nin Fövqəladə Hallar Nazirliyinin iri məbləğli tenderlərində dəfələrlə qalib gəlməsinə baxmayaraq, açıq mənbələrdə şirkət və rəhbəri barədə geniş məlumat mövcud deyil. 

Ayaz

Oxşar Xəbərlər