ÖZ XƏBƏR

Gözlərimizi necə qoruyaq? – Gündəlik məsləhətlər

Göz sağlamlığı həyat keyfiyyətinin əsas göstəricilərindən biridir və hər yaş qrupunda risklər fərqli ola bilər. Uşaqlar açıq havada oynayarkən toz və çirkləndiricilərlə qarşılaşır, gənclər uzun müddət kompüter və telefon ekranı qarşısında qalır, böyüklərdə isə həm iş şəraiti, həm də yaşlanma ilə bağlı dəyişikliklər görməni zəiflədə bilir.

32gun.az bununla bağlı araşdırma edib: 

Göz sağlığını korumak için 9 ipucu - Sağlık Haberleri

Gündəlik qorunma üsulları

Uşaqlarda gözlərə toz düşdükdə onları mütəmadi ilıq su ilə yumaq və gözü ovmamaq vərdişi vacibdir. Gənclər hər 20 dəqiqədən bir 20 saniyə uzağa baxmaqla göz yorğunluğunu azalda bilərlər. Böyüklər üçün isə işıqlı mühitdə oxumaq və qoruyucu eynəklərdən istifadə etmək tövsiyə olunur.

Göz Sağlığınızı Korumak İçin 7 Öneri

Qidalanmanın təsiri

Qidalanma göz sağlamlığına birbaşa təsir göstərir. Yerkökü, balqabaq və ispanaq A vitamini ilə zəngindir və görmə qabiliyyətini dəstəkləyir. Balıq və qozda olan Omega-3 turşuları göz quruluğunu azaldır. Portağal, kivi və bolqar bibərindəki C vitamini isə göz damarlarını gücləndirir. Bu məhsulların gündəlik rasiona daxil edilməsi gözlərin sağlam qalmasına şərait yaradır.

 Göz sağlığını korumak için 9 ipucu - Sağlık Haberleri

Oftalmoloq Rəna Qasımovanın 32gun.az-a bildiridiyinə görə, göz sağlamlığına diqqətsiz yanaşmaq gələcəkdə ciddi fəsadlar yarada bilər. Onun bildirdiyinə görə, valideynlər uşaqların gözündə yaranan kiçik qızartı, quruluq və ya gözdə qaşınma əlamətlərinə laqeyd yanaşmamalıdır. Bu kimi simptomlar uzun müddət davam edərsə, erkən mərhələdə mütəxəssisə müraciət edilməməsi görmə itkisinin riskini artırır. Həkim əlavə edir ki, yalnız düzgün qidalanma deyil, eyni zamanda gün ərzində kifayət qədər su içmək, kompüter və telefon qarşısında fasilələr etmək, təmiz hava almaq və stressi minimuma endirmək də göz sağlamlığı üçün vacibdir. “Gözlər yalnız vitaminlərlə deyil, həmçinin həyat tərzimizlə də qorunur,” – deyə Rəna xanım vurğulayır.

Belə nəticəyə gəlinir ki....

Gözləri qorumağın ən əsas yolu düzgün gigiyena, sağlam qidalanma, texnologiyadan balanslı istifadə və mütəmadi həkim müayinəsidir. Uşaqlarda profilaktik vərdişlərin formalaşdırılması, gənclərdə texnologiyanın düzgün istifadəsi və böyüklərdə mütəmadi göz yoxlanışı gələcəkdə daha ciddi xəstəliklərin qarşısını almağa imkan verir. Sağlam gözlər uzun və keyfiyyətli həyatın açarıdır.

Nilay Özsöz

Oxşar Xəbərlər