"İgid Babaların kölgəsi də dayaqdır" cümləsinin CANLI TƏSVİRİ
Prezident Administrasiyasının Xarici siyasət məsələlər şöbəsinin müdiri Hikmət Hacıyevin də bildirdiyi kimi, "danışan fotolar"dır.

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-də – Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edib. Memorial Kompleksinin açılışı zamanı ölkə liderinin yanındakı qız uşağı diqqət çəkib. Onun, Ermənistanın Gəncəyə raket hücumu zamanı hər iki valideynini itirən Nilay Əliyevanın əlindən tutaraq ərazini dolaşdığı fotolar hər birimizi həm duygulandırdı, həm qürurlandırdı.

Həm Nilay, həm də baba İlham bu gəzintidən olduqca məmnun idi.
Əlləri ilə 7 yaşlı Nilayın əllərindən elə bərk və ehtimalla tutub ki, baba qoruma-sezgisi ilə...

Az yaşlı da o qədər əminliklə İlham babasının əlindən yapışıb ki, istədiyi suallarını verir, rahat şəkildə gəzinti boyunca söhbət edir.
Cənab Prezidentin bu sevgisi ağıllarda bu fikri təkrarladır. Axı, o da Babadır.
Baba nəvazişi, nəvə söhbəti ilə duyğu dolu görüntü...

Bu foto bizə "İgid babanın kölgəsi də dayaqdır" fikrinin həqiqət olmasını anlatdı.
Aygün İlqarqızı / 32gun.az Xəbər Portalının Baş Redaktoru