Sosial şəbəkələrdə Güney Azərbaycanlı qızların hazırladığı video sürətlə yayılaraq viral olub.
32gun.az xəbər verir ki, Videoda onlar “Gəlin Türk dilimizi diri saxlayaq” sözləri ilə müraciət edir, gündəlik həyatda işlədilən bir sıra sözləri öz ana dilimizdə necə səsləndiyini nümayiş etdirirlər.
Gənclərin təşəbbüsü izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb. Sosial şəbəkə istifadəçiləri qeyd ediblər ki, bu cür addımlar Türk dilinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Hazırda video müxtəlif platformalarda paylaşılır və geniş müzakirələrə səbəb olur.
Nilay