Dövlət Turizm Agentliyi 79 min manatlıq maarifləndirmə xidmətləri müqaviləsi imzaladı
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yeni satınalma müqaviləsi bağlayıb.\ 32gun.az xəbər verir ki, tenderin qalibi “BRİGHT SOLUTİONS” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Müqavilənin ümumi dəyəri 79.768 manat təşkil edir. Sazişə əsasən, müxtəlif bölgələrdə təşkil olunacaq maarifləndirici təlimlər üçün fotoçəkiliş, nəqliyyat, qidalanma və təlim materiallarının təminatı həyata keçiriləcək.
Şərtlərə görə, Mingəçevir, Yevlax, Qəbələ, Şəki, Xankəndi, Naftalan, Göygöl və Gəncə şəhərlərində keçiriləcək təlimlərdə fotoçəkiliş xidmətləri göstəriləcək. Hər gün professional fotoaparatla çəkilmiş 30 şəkil təqdim olunacaq.
Bundan əlavə, təlimlər üçün 500 nüsxə çap olunmuş təlim materialı, yüksək keyfiyyətli kağız üzərində hazırlanacaq. Təlim müddətində 10 nəfərlik avtobus nəqliyyatı xidmət göstərəcək, müxtəlif şəhərlərdə iştirakçılar üçün 23 gün ərzində şam yeməyi təmin olunacaq.
Müqaviləyə həmçinin texniki avadanlıqlar – noutbuk, proyektor və böyük ekran icarəsi də daxildir.
Ayaz