ÖZ XƏBƏR
Dövlət Sərhəd Xidmətinin 3 tenderi ləğv edildi
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin bu gün üç satınalma prosesini ləğv edilib.
32gun.az xəbər verir ki, bunlar arasında tibbi avadanlıqların alınması üzrə 43 min 888 manatlıq tender nəzarət orqanının qərarı ilə dayandırılıb.
Poliqrafiya avadanlıqlarında aparılacaq servis xidməti üzrə 26 min 22 manatlıq və poliqrafiya avadanlıqlarının ehtiyat hissələri və təmir xidməti üzrə 15 min 931 manatlıq tenderlər isə iştirakçı sayı üçdən az olduğuna görə ləğv olunub.
Qeyd olunur ki, poliqrafiya sahəsindəki xidmət və təchizat işlərində tələb olunan lisenziyaya malik təchizatçıların sayı kifayət etmədiyi üçün tenderlər həyata keçirilə bilməyib.
Ayaz