ÖZ XƏBƏR

“AZGLOBAL INTERNATIONAL” MMC-yə maliyyə sanksiyaları tətbiq edildi

“AZGLOBAL INTERNATIONAL” Məhdud Məsuliyyətli Cəmiyyətinə operativ vergi nəzarəti çərçivəsində iki maliyyə sanksiyası tətbiq olunub.

32gun.az xəbər verir ki, Şirkətə qarşı pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması, həmçinin malların Vergi Məcəlləsinə uyğun qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında rəsmiləşdirilməməsi halları ilə bağlı aktlar tərtib edilib.

Bu pozuntular nəticəsində cəmiyyətə ümumilikdə 2.313,20 manat məbləğində maliyyə cəriməsi kəsilib — bunlardan biri 146 manat, digəri isə 2.167,20 manat təşkil edir.

“AZGLOBAL INTERNATIONAL” MMC Bakı şəhəri, Binəqədi rayonu, Heydər Hüseynov küçəsi, ev 3, mənzil 33 ünvanında qeydiyyatdan keçib. Şirkətin nizamnamə kapitalı 10 manatdır, qanuni təmsilçisi isə Qurban Əliyev Natiq oğludur.

Vergi Xidmətinin məlumatına görə, bu cərimələr operativ nəzarət tədbirləri nəticəsində müəyyən olunub.

Nilay

Oxşar Xəbərlər