ÖZ XƏBƏR
Dövlət Elmi Tibb Kitabxanası cari təmir işləri ilə DAYANDIRILDI - SƏBƏB
Respublika Dövlət Elmi Tibb Kitabxanası cari təmir işlərinin satınalınması üzrə elan etdiyi tender prosedurunu ləğv edib.
32gun.az xəbər verir ki, satınalmanın ləğv edilmə səbəbi kimi təklif və təminat sənədlərini təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması (Maddə 36.1.1) göstərilib.
Layihənin ehtimal olunan dəyəri 6 min 640 manat 20 qəpik təşkil edirdi.
Ayaz