ÖZ XƏBƏR
Minatəmizləmə Agentliyi 1.8 milyonluq tenderi bu şirkətə həvalə edir
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tender elan edib.
32gun.az xəbər verir ki, agentlik Hadrut mobil bazasının salınması və mövcud bazaların genişləndirilməsi işləri üzrə satınalmanı yekunlaşdırıb.
Qalib “Şəmkir Tikinti-18” Açıq Səhmdar Cəmiyyəti olub.
Tərəflər arasında bağlanacaq müqavilənin dəyəri 1.869.885,03 AZN təşkil edir.
Ayaz