ÖZ XƏBƏR
Peskov: Putin və Azərbaycan prezidenti Əliyev cümə axşamı Düşənbədə görüşəcək
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin cümə axşamı Azərbaycan lideri İlham Əliyevlə görüşəcəyini bildirib.
32gun.az xəbər verir ki, Kremlin sözçüsü jurnalistlərlə söhbətində açıqlayıb ki, Putin və Əliyev arasında görüşdə əsas diqqət ölkələr arasında ikitərəfli münasibətlər olacaq.
"Görüşün baş tutmasının özü iki liderin bütün aktual məsələləri müzakirə etmək niyyətindən xəbər verir", - Peskov bildirib.
O qeyd edib ki, Rusiya tərəfinin münasibəti müsbətdir.
Ayaz