ÖZ XƏBƏR
“Green Garden 145” MMC-yə də maliyyə sanksiyası tətbiq edildi
“GREEN GARDEN 145” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Operativ vergi nəzarəti tədbirləri çərçivəsində inzibati sanksiya tətbiq olunub.
32gun.az xəbər verir ki, Vergilər xidməti tərəfindən aparılan yoxlamalar nəticəsində müəssisədə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət edilmədiyi müəyyən edilib. Bu səbəbdən şirkətə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
Rəsmi qeydiyyat məlumatlarına görə, “Green Garden 145” MMC Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, ev 18 ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi Kənan Hüseynov Azər oğludur.
Ayaz