Müvəqqəti rektor Sumqayıt Dövlət Universitetində 16 min manata görün nə alınacaq
Sumqayıt Dövlət Universiteti 2025-ci il üzrə avadanlıqların satın alınması məqsədilə tender elan edib.
32gun.az xəbər verir ki, Tenderin ehtimal olunan qiyməti 16.024,88 AZN təşkil edir və əsasən informasiya texnologiyaları və audiovisual avadanlıqları əhatə edir.
Universitet LAN kabel testerini CAT5/6, RJ11 və RJ45 dəstəyi, PoE testi, Wiremap, Hub blink və TYPE-C girişi ilə təmin edən cihaz olaraq, WiFi 7 standartlı, 160 kvadrat metr əhatə sahəsinə malik və 300-dən çox istifadəçini dəstəkləyən WiFi cihazlarını, 3-kanallı Sinif D SMPS güc gücləndiricisi olan, Bluetooth interfeysi, dörd dinamik və simsiz mikrofonlarla təchiz edilmiş səs sistemini, Nikon fotoaparatına uyğun F-Mount Lens obyektivini, Pan, Roll və Tilt funksiyaları olan gimbal qurğusunu, həmçinin 20.1 meqapiksel, 4K UHD video çəkilişi və optik sabitləşmə ilə təmin olunan kameranı satın alacaq.
Tenderin əsas məqsədi universitetdə tədris və təlim proseslərini müasir standartlara uyğunlaşdırmaq və multimedia imkanlarını genişləndirməkdir.
Qeyd edək ki, hazırda Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsini Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov icra edir.
Ayaz