ÖZ XƏBƏR
Türkiyədə itkin düşən 16 yaşlı qız tapılıb — onu azərbaycanlı gənc saxlayıb
Sakarya vilayətinin Akyazı rayonunda yaşayan 16 yaşlı Nihlenaz Güler oktyabrın 3-də itkin düşüb.
32gun.az xəbər verir ki, ailəsi onun həyatı üçün narahat olaraq qızlarının 17 yaşlı azərbaycanlı Nadir Həsənov tərəfindən qaçırıldığını iddia edib.
Qızlarının saxlanıldığını düşünən ailə “Müge Anlı ile Tatlı Sert” proqramına çıxaraq kömək istəyib.
İtkin düşdükdən dörd gün sonra Nihlenaz Güler tapılıb.
O, Üsküdarda 17 yaşlı Azərbaycanlı Nadir Həsənovun yanında aşkarlanıb və daha sonra ailəsinə təhvil verilib.
Ayaz