Din xadimlərinin II Forumu üçün tədbir hazırlıqları
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 24 dekabr 2025-ci il tarixində keçiriləcək Din xadimlərinin II Forumu üçün tədbir hazırlıqlarına başlayıb.
32gun.az bildirir ki, Tədbirin ehtimal olunan dəyəri 197.746,48 AZN təşkil edir.
Forum üçün Bakı şəhərində 5 ulduzlu otellərin birində classroom formatına uyğun, 400 nəfər yerləşə biləcək geniş, işıqlı və yüksək dizaynda hazırlanmış, ən azı 6 metr hündürlüyə malik konfrans zalı icarəyə götürüləcək. Tədbir zalı bir gün öncədən ən geci saat 18:00-da istifadəyə hazır olmalıdır. Eyni oteldə və eyni mərtəbədə, 200 nəfərlik əlavə bir zal da icarəyə götürüləcək.
Forum çərçivəsində Ümummilli Lider Heydər Əliyevin ziyarəti üçün 190 ədəd qızılgüllərdən hazırlanmış əklil təmin ediləcək. Tədbirdə LED panellərə malik rəqəmsal davos masaları və ağ rəngli komfortlu davos kresloları istifadə olunacaq, eləcə də rəqəmsal kürsülər, yumşaq kreslolar və jurnal masaları zallarda yerləşdiriləcək.
Forum zamanı 15 nəfərlik görüş otağı və kofebreyk xidməti təmin ediləcək, iştirakçılar üçün Azərbaycan, Rus və İngilis dillərində sinxron tərcümə xidməti və kabinalar təşkil olunacaq. Təşkilatçılar üçün 20 nəfərlik texniki otaq, din xadimləri üçün isə namaz otağı ayrılacaq.
Tədbirdə həmçinin LED monitorlar və səhnə quruluşu təmin ediləcək ki, monitorların ölçüləri və texniki göstəriciləri tədbirin peşəkar səviyyədə keçirilməsinə imkan versin.
Forum üçün bütün hazırlıqlar tədbirin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə aparılır.
Ayaz