HADİSƏ

Qaradağda vulkan püskürdü - Əraziyə helikopterdən baxış keçirildi (VİDEO)

Fövqəladə Hallar Nazirliyinə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi istiqamətində palçıq vulkanının püskürməsi barədə daxil olmuş məlumat əsasında Nazirliyin Aviasiya dəstəsinin helikopteri vasitəsilə əraziyə baxış keçirilib. 

Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq FHN-dən məlumat verilib.

Bildirilib ki, baxış zamanı ərazidə alov müşahidə edilməyib, həmçinin ətraf yaşayış məntəqələri üçün hər hansı təhlükənin olmadığı müəyyən edilib. 

Məsələ ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən müvafiq işlər görülür.

 

 

Oxşar Xəbərlər