Rəsul Quliyevin övladları: Maliyyəçi, rəssam, keçmiş bank işçisi...
Azərbaycan Milli Məclisinin ABŞ-da mühacirətdə olan eks-sədri Rəsul Quliyevin qızı, nəvəsi və kürəkəni 30 ildən sonra Bakıya gəlib. Səfərin ilk günü onlar Fəxri Xiyabanı, ardınca Şəhidlər Xiyabanını ziyarət ediblər. Azərbaycanda qalacaqları müddətdə onların işğaldan azad olunmuş Qarabağ torpaqlarını da ziyarət edəcəkləri planlaşdırılıb.
Rəsul Quliyevin qızının 30 ildən sonra Azərbaycana dönüşü eks-spikerin ailə üzvləri – xüsusulə övladları – medianın və ictimaiyyətin maraq dairəsinə düşüb. Onun övladları kimdirlər, nə işlə məşğuldurlar?

Oxu24.com xəbər verir ki, Modern.az-ın məlumatına görə, Rəsul Quliyev iki oğlu, bir qızı var. Onların hər üçü Amerikada yaşayır.
Eks-spikerin böyük oğlu Pərvin Quliyev hazırda ABŞ-ın Nyu-York ştatında yaşayır. O, Azərbaycanı 20 yaşında tərk edərək, Avstriyanın Vyana şəhərində ingilis dili öyrədən məktəbə daxil olub. Daha sonra ali təhsil almaq üçün 1992-ci ildə ABŞ-a köçüb. Təhsilini davam etdirmək üçün okeanın o tayına gedən P.Quliyev atasının 1996-ci ildə Azərbaycanı tərk etməsi səbəbindən geri qayıtmayıb. O zaman Quliyevlər ailəsinin bütün üzvlərinə siyasi sığınacaq statusu verilib.
Onun maliyyə sahəsində işlədiyi bildirilir.
54 yaşlı Pərvin Quliyev evlidir. Onun həyat yoldaşı Zemfira xanım da təhsilini ABŞ-da bitirib və məktəbdə müəllimə işləyir. Cütlüyün iki oğlu var - Rəsul və Elmir.
Rəsul Quliyevin digər oğlu Ziya Quliyevin rəssam olduğu və özəl sektorda çalışdığı barədə məlumat var. Onun da evli və iki övlad atası olduğu bildirilir.
Eks-spikerin qızı Xanım Quliyeva evlidir və iki uşağı var. O, əvvələr ABŞ-da bank sektorunda işləyib. Daha sonra demokratiya üçün yaradılmış fondda çalışıb. İndi isə özəl sektorda fəaliyyət göstərdiyi bildirilir.

1996-cı ildə ABŞ-a köçən Rəsul Quliyev hazırda 78 yaşı var. O, əvvəllər neft mühəndisi olmuş Elmira Quliyeva ilə ailəlidir.
R.Quliyev 1981-ci ildə Bakı Neftayırma zavodunda direktor vəzifəsinə təyin olunub. 1990-ci ildə Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilib. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra - 1992-ci ildə R.Quliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti təyin edilib.
11 may 1993-cü ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib və 9 noyabr 1993-cü ilədək bu vəzifədə çalışıb