ÖZ XƏBƏR

Göyçay Rayon Mərkəzi Xəstəxanası toner və texniki hissələrin satınalınması üçün tender elan edib

Göyçay Rayon Mərkəzi Xəstəxanası yeni istehlak yönlü xidmətlərin satınalınması məqsədilə tender elan edib.

32gun.az xəbər verir ki, Satınalma çərçivəsində xəstəxananın printer və kopir avadanlıqlarında istifadə olunan müxtəlif tonerlərin dolumu planlaşdırılır.

Xüsusilə, 17A, 285, 725 və 325 modelləri üçün toner dolumu xidmətləri həyata keçiriləcək.

Eyni zamanda, xəstəxananın texniki avadanlıqlarında tez-tez sıradan çıxan baraban, maqnit val və rezin val kimi hissələrin dəyişdirilməsi də nəzərdə tutulur. Hər bir model üzrə bu hissələrin müvafiq sayda alınması, avadanlıqların fasiləsiz və problemsiz işləməsi üçün zəruri sayılır. Tenderin ümumi ehtimal olunan dəyəri 21 346,79 AZN təşkil edir. 

Ayaz

Oxşar Xəbərlər