ÖZ XƏBƏR

Vergi borcu olan tibb mərkəzinə əlavə maliyyə sanksiyası tətbiq olundu

Bir müddət əvvəl “REO-MED Tibb Mərkəzi” MMC-nin dövlət büdcəsinə 33.320,89 manat məbləğində vergi borcunun olduğu məlum olmuşdu.

32gun.az xəbər verir ki, mərkəzlə bağlı bu dəfə Operativ Vergi Nəzarəti tədbirləri çərçivəsində iki ayrı inzibati pozuntu qeydə alınıb.

İlk olaraq, POS-terminalların quraşdırılması və nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən olunması ilə bağlı tərtib edilmiş AKT-a əsasən, MMC-yə 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

İkinci pozuntu isə işə cəlb olunan fiziki şəxslərlə əmək münasibətlərinin rəsmiləşdirilməməsi ilə bağlıdır. Belə ki, əmək müqaviləsinin hüquqi qüvvəyə minməməsi faktı üzrə tərtib edilmiş digər AKT-a əsasən, şirkətə 10.000 manat maliyyə sanksiyası kəsilib.

Qeyd edək ki, cəmi 10 manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Əliyev Zülfü Talış oğludur.

Ayaz

Oxşar Xəbərlər