ÖZ XƏBƏR

Saatlı Rayon Mərkəzi Xəstəxanası 40 min manatlıq dəftərxana ləvazimatı alır

Saatlı Rayon Mərkəzi Xəstəxanası dəftərxana, mətbəə və təsərrüfat mallarının satın alınması ilə bağlı tender elan edib.

32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 40.112,60 manat təşkil edir.

Sənədlərə əsasən, xəstəxana əsasən A4 və A3 formatlı kağızlar, yapışqan, mavi rəngli qələmlər, qeyd kağızları, 12 ml həcmində ştrix qələmləri və digər gündəlik iş fəaliyyətində istifadə olunan ləvazimatlar alacaq.

Hazırda tenderin qalibi müəyyən olunmayıb.

Ayaz

Oxşar Xəbərlər