ÖZ XƏBƏR

Qazax Rayon Mərkəzi Xəstəxanası 64 min manatlıq dəftərxana və təsərrüfat malları alır

Qazax Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi tərəfindən dəftərxana və təsərrüfat mallarının satın alınması ilə bağlı tenderin qalibi  bəlli olub.

32gun.az-ın  məlumatına görə,  "Eurostar Group of Companies” MMC ilə 64 888,88 manat dəyərində müqavilə bağlanması nəzərdə tutulur.

Alınacaq mallar sırasına HP 19A (CF219A), HP 150A (W1500A) və HP 106A (W1106A) tipli kartriclər, müxtəlif növ qeyd kağızları, fləşkartlar, yapışqanlar, markerlər, steplerlər və sancaqlar daxildir.

Bundan əlavə, pol ağacı, əl mişarı və digər təsərrüfat məqsədli alətlərin də alınması planlaşdırılır.

Ayaz

Oxşar Xəbərlər