Mərkəzi Neftçilər Xəstəxanasının yarım milyonluq tenderi ləğv edildi
“Mərkəzi Neftçilər Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən “Draeger/Primus” markalı anesteziya cihazlarının təmiri üçün ehtiyat hissələrinin satın alınması ilə bağlı elan edilən tender ləğv olunub.
32gun.az xəbər verir ki, satınalmanın dayandırılmasına səbəb təklif və təminat təqdim edən, həmçinin tələb olunan hallarda müvafiq lisenziyaya malik təchizatçıların sayının üçdən az olmasıdır. Bu səbəbdən tender “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən ləğv edilib.
Layihənin ehtimal olunan dəyəri 517.418,98 manat təşkil edirdi.
Qeyd edək ki, satınalma xəstəxananın istifadə etdiyi “Draeger/Primus” tipli anesteziya cihazlarının təmiri və texniki sazlığının təmin olunması üçün ehtiyat hissələrinin alınmasını nəzərdə tuturdu. Lakin iştirakçı şirkətlərin azlığı səbəbindən prosedur baş tutmayıb.
Ayaz