ÖZ XƏBƏR

Səhiyyə Nazirliyi Ağdam və Zəngilanda xəstəxana tikintisini davam etdirir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tikil­məkdə olan Müəssisələrinin Müdiriyyəti iki iri layihə üzrə yeni tender elan edib.

32gun.az xəbər verir ki, tenderlər AğdamZəngilan rayon mərkəzi xəstəxanalarının tikintisi ilə bağlıdır.

Məlumata görə, Ağdam Rayon Mərkəzi Xəstəxanasının (210 çarpayılıq) tikintisinin davamı – üçüncü mərhələ işlərinin aparılması üçün ehtimal olunan qiymət 9.518.329,98 manat müəyyən edilib.

Digər tender isə Zəngilan Rayon Mərkəzi Xəstəxanasının (91 çarpayılıq) tikintisinə hazırlıq işlərini – yəni müvəqqəti bina və qurğuların qurulmasını əhatə edir. Bu layihə üzrə ehtimal olunan məbləğ 1.212.329,64 manat təşkil edir.

Ayaz

Oxşar Xəbərlər