ÖZ XƏBƏR

“Aztelekom” Şəki–Balakən və Zaqatala inzibati binaları üçün videomüşahidə sistemi alır

“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti regional inzibati binalarda təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsi məqsədilə yeni satınalma həyata keçirib.

32gun.az xəbər verir ki, tenderin qalibi “DCTEK” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilənin dəyəri 46.500 manat təşkil edir.

Layihə çərçivəsində Şəki–Balakən və Zaqatala rayonlarında yerləşən inzibati binalar üçün nəzərdə tutulmuş videomüşahidə sisteminin alınması və quraşdırılması işləri görüləcək

Nilay

Oxşar Xəbərlər