ÖZ XƏBƏR
“Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu” 180 min AZN-ə proqram təminatı alır
“Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu” publik hüquqi şəxsi proqram təminatlarının lisenziyalarının alınması ilə bağlı yeni müqavilə bağlamağa hazırlaşır.
32gun.az xəbər verir ki, satınalma üzrə “MİRAİ TECHNOLOGY” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 180.758,3 manat məbləğində müqavilə imzalanması gözlənilir.
Layihə çərçivəsində 40 ədəd AutoCAD LT 2026 və 7 ədəd Civil 3D 2026 proqramlarının 3 illik lisenziyaları alınacaq.
Qeyd edək ki, “MİRAİ TECHNOLOGY” MMC-nin nizamnamə kapitalı cəmi 20 manatdır, şirkətin qanuni təmsilçisi isə Timur Bəşirov Şərifcanoviçdir.
Ayaz