HADİSƏ

Abşeronda FACİƏ: tələbə qız binadan yıxılıb öldü - FOTO

Bu gün Abşeron rayonunda hündürmərtəbəli binadan yıxılaraq ölən qız universitet tələbəsi olub.

32gun.az-ın əldə etdiyi məlumata görə o, Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin 442B qrup tələbəsi olub.

****

Abşeron rayonunda bədbəxt hadisə baş verib 

32gun.az xəbər verir ki, hadisə Şəfəq qəsəbəsində qeydə alınıb. 

21 yaşlı Kəmalə Tariyel qızı Əbilova yaşadığı çoxmərtəbəli binadan yıxılaraq ölüb.  

K.Əbilovanın universitet tələbəsi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

Oxşar Xəbərlər