SOSIAL ÖZ XƏBƏR

Bakıda "Audio Q7" sürücüsü piyada keçidində dayandı: Vətəndaşın reaksiyası GÜNDƏM OLDU / VİDEO

Bakıda çəkilmiş və sosial şəbəkələrdə sürətlə yayılan bir görüntü paytaxt küçələrindəki piyada-sürücü münasibətlərini yenidən gündəmə gətirib. 

32gun.az xəbər verir ki, videoda göründüyü kimi, qara rəngli "Audi Q7" markalı bahalı bir avtomobilin sürücüsü piyada keçidinin (zolaqlı hissənin) tam üzərində dayanaraq piyadaların yol hərəkətinə maneə törədib.

Həmin an piyada keçidindən istifadə etmək istəyən bir kişi vətəndaş isə bu qayda pozuntusuna səssiz qalmayıb. O, avtomobilə yaxınlaşaraq əli ilə keçidin xətlərini göstərməklə sürücüdən avtomobili qanuni dayancağa çəkməyi tələb edib, sanki onu "keçidin üstündən qovub".

Bu anın lentə alındığı video istifadəçilər tərəfindən geniş müzakirələrə səbəb olub. Şərh yazanlar, bir tərəfdən avtomobil sürücüsünün qayda pozuntusunu qınayır, digər tərəfdən isə piyadanın bu vətəndaş mövqeyini və cəsarətini alqışlayırlar. Mütəxəssislər bildirir ki, yol hərəkəti qaydalarına əsasən, sürücülər piyada keçidində və ya ona 5 metrdən az məsafədə dayanmamalıdırlar, çünki bu, həm piyadaların hərəkətini məhdudlaşdırır, həm də yol qəzası riskini artırır.

Görüntü paytaxt yollarında yol mədəniyyətinin və qaydalara riayət olunmasının vacibliyini bir daha xatırladır

Nilay 

-->

Oxşar Xəbərlər