Bakı Dövlət Universiteti publik hüquqi şəxs “SABAH ACADEMY” MMC ilə “Sahibkarlığa giriş” fənninin tədrisi, startap layihələrinin hazırlanması və təlimlərin təşkili xidmətlərinin göstərilməsi üzrə müqavilə imzalayıb.
32gun.az xəbər verir ki, tərəflər arasında 72 min manat məbləğində müqavilə bağlanıb.
32gun.az-ın əldə etdiyi digər məlumata görə, “SABAH ACADEMY” MMC-nin 13.758,92 manat məbləğində borcu mövcuddur. Şirkətin nizamnamə kapitalı cəmi 100 manatdır.
Bildirək ki, şirkətin qanuni təmsilçisi Fərhad Paşayev Suat oğludur. Məlumata görə, o, “Aztelekom” MMC-nin sabiq baş direktoru Suat Paşayevin oğludur.
Araşdırmamız zamanı bəlli olub ki, O Aztelekom” MMC-nin Sabiq baş direktoru Suat Paşayevin oğludur .
Xatırladaq ki, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevdir.
Ayaz